Latviya, Litva və Estoniya ruslara qadağa ilə bağlı razılığa gəliblər

   Latviya, Litva və Estoniya ruslara qadağa ilə bağlı razılığa gəliblər
  07 Sentyabr 2022    Oxunub:771
Latviya, Litva və Estoniya Rusiya vətəndaşlarının Rusiya və Belarusla quru sərhədlərindən keçməsini məhdudlaşdırmağa razılaşıblar.
Bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç öz Tvitter səhifəsində yazıb. O qeyd edib ki, Baltikyanı ölkələrin hökumətləri yaxın günlərdə yeni məhdudiyyətlərin tətbiqi barədə məlumat verəcəklər:

“Qərarlar hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və eyni vaxtda qüvvəyə minəcək. Diplomatlar, yük maşınları sürücüləri, habelə humanitar və ailəvi səbəblərlə ölkəyə daxil olan vətəndaşlar üçün istisnalar ediləcək”.

AzVision.az


Teqlər:



Xəbər lenti