Deputatlarımız AŞPA-nın iclasında iştirak edəcək

Sentyabrın 16-da Parisdə keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Könül Nurullayeva iştirak edəcək. İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər əlçatanlılığın yaradılması, gender bərabərsizliyi hallarının qarşısının alınması kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək. Deputatımız tədbirdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sentyabrın 18-19-da Afinada keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar. İclasın gündəliyinə miqrasiya və sığınacaqların verilməsi kontekstində Avropa həmrəyliyi, miqrantların və qaçqınların inteqrasiyası kimi mövzular müzakirə ediləcək, bəzi təşkilati işlərə baxılacaq. Qeyd edək ki, iclasda deputat Nigar Arpadarainin "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir. AŞPA-nın komitə iclaslarında həmçinin, əvvəlki iclasların protokolları təsdiqlənəcək, Avropa Şurasının 4-cü sammitinə və Demokratiya Uğrunda Dünya Forumuna və digər növbəti tədbirlərə hazırlıq işləri nəzərdən keçiriləcək.
AzVision.az
Teqlər: