Ukrayna XİN-dən sərhəddəki gərginliyə reaksiya

   Ukrayna XİN-dən sərhəddəki gərginliyə reaksiya
  13 Sentyabr 2022    Oxunub:904
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyaya reaksiya verib. Nazirlik tərəfləri münaqişənin siyasi-diplomatik həllinə çağırıblar.
AzVision.az RBC-Ukrayna6ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko bildirib.

“Ukrayna Azərbaycan və Ermənistan sərhədində vəziyyətin inkişafını diqqətlə izləyir. Biz tərəfləri münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi-diplomatik həllinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti