“Erməni silahlı bölmələrinin Qarabağdan tamamilə çıxarılmasını gözləyirik” - Fərhad Məmmədovun şərhi

   “Erməni silahlı bölmələrinin Qarabağdan tamamilə çıxarılmasını gözləyirik” -    Fərhad Məmmədovun şərhi
  13 Sentyabr 2022    Oxunub:975
Cənubi Qafqazın tədqiqatı Mərkəzinin direktoru, siyasi analitik Fərhad Məmmədov öz teleqram-kanalında dövlət sərhəddində erməni təxribatının motivlərini və nəticələrini qiymətləndirib.
“Niyə indi?”

Ermənistanın Azərbaycan-Ermənistan şərti sərhəddində törətdiyi gecə təxribatında çoxlu sayda hadisələrin və proseslərin fonunda baş verir. Ermənistan rəhbərliyinin motivini başa anlamaq üçün bu hadisələrə və proseslərə diqqət yetirmək lazımdır.

Avqustu 31-də baş tutan Brüssel görüşünün nəticələrinə əsasən, sülh müqaviləsinin mətninin hazırlanması üçün sentaybrın sonunadək Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilməlidir.

Brüssel görüşündən sonra Rusiya fəallaşıb – Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı, Putinlə Paşinyanın Vladivostokda əyani görüşü.

Azərbaycan və Ermənistanın kiderləri 15-16 sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT-in) Səmərqənddə keçiriləcək sammitində iştirak etməli idilər.

ABŞ Dövlət departamentinin Qafqaz üzrə nəzarətçisi Riker regiona gəlib və hələ də buradadır – o, hələ Bakıya gəlməlidir...

Yəni Ermənistan qərar qəbul etmək vəziyyətinə düşüb...Bu qərarın Rusiya və ya Brüssel əməkdaşlığı müstəvisində qəbul edilməsinin əhəmiyyəti yoxdur...Sülh gündəliyini yarad biləcək qərar...

Prosesi əylətmək məqsədi ilə sərhəddə təxribat elementi seçilib – bu məntiqlə hələ Rusiya və KTMT-ni də bura qatmaq olar...və bu hərəkət həqiqətən də Rikerin Bakıya səfəri günlərinda baş verir...

Azərbaycan maksimum dərəcədə sərt cavab verib, belə ki, danışıqlara ayrılan vaxt bitmək üzrədir. Gündəliklə bağlı erməni hiylələri, ATƏT-in Minsk Qrupuna usanmaz istinadlar və “status” mövzusunun “qaldırılması”...Bununla yanaşı Ermənistan Qarabağda hərbi bölmələrini saxlamaqda davam edir...

Nə olacaq?


Bu Ermənistanın rəhbərliyindən asılıdır. Əgər Ermənistanın baş naziri razılaşmaları pozmaq üçün gələcəkdə də destruktiv addımları davam etdirəcəksə, onda Azərbaycanın cavabı özünü çox gözlətməyəcək. O da mümkündür ki, erməni rəhbərliyi qərar qəbul edilməsinə növbəti dəfə gərginlik yaratmaq yolu ilə gedəcək. Belə ki, öz cəmiyyətinə sülh gündəliyinin zərurətini başqa cür izah edə bilmir.

Bir məsələ aydındır ki, Azərbaycanın mövqeyi aşkar və ardıcıldır, resurslarla möhkəmləndirilib. Ermənistanın mövqeyi yayındırıcı və ziddiyyətlidir. Belə şəraitdə Ermənistana ümid verən qüvvələr İrəvan rəhbərliyini öz öhdəliklərini yerinə yetirməyə inandırmalıdırlar, əks halda yeni şərtlər indikindən ağır olacaq. Erməni hərbi bölmələrinin Qarabağdan tamamilə çıxarılmasını gözləyirik.

Əgər Ermənnistanın havadarları erməni illüziyalarının közərməsinə imkan verməkdə davam etsələr bu, ilk növbədə, Ermənistanın özünə neqativ təsir göstərəcək və belə nəticələrə görə həmin qüvvələr məsuliyyət daşıyacaqlar, - Fərhad Məmmədov yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti