"Ermənistanın KTMT-yə və Rusiyaya hərbi dəstək çağırışı qanunsuzdur"- Hərbi ekspert

   "Ermənistanın KTMT-yə və Rusiyaya hərbi dəstək çağırışı qanunsuzdur"-    Hərbi ekspert
  13 Sentyabr 2022    Oxunub:924
"Ermənistanın hüquqi baxımdan KTMT və Rusiyaya hərbi dəstək çağırışı qanunsuzdur".
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko sosial hesabında yazıb. Onun sözlərinə görə, söhbət yerli sərhəd insidentindən gedir:

"Üstəlik, Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya olunmayıb. Belə olmadığı halda, faktiki olaraq “de fakto” tərəflər arasında təmas xətti mövcuddur.

Silahlı insidentin mənbəyi Ermənistan tərəfi və onun silahlı təxribatlarıdır. Azərbaycanın hərəkətləri qarşılıqlı və məcburidir; özünümüdafiə kateqoriyasına aiddir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan iki il əvvəlki vəziyyətdədir (revanşizm, təhdidlər, təxribatlar)".

İ.Korotçenko bildirib ki, Moskva və KTMT vəziyyəti həll etmək üçün siyasi və diplomatik üsullardan istifadə edir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti