Baş Prokurorluq: "Rəsmi olmayan məlumatları ictimailəşdirilməyin"

"Ermənistanın təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycanın Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür. Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur", - müraciətdə qeyd olunub.
AzVision.az
Teqlər: