Bu il 497 min manatdan çox ödənişin verilməsi gecikdirilib

Bu il 497 min manatdan çox ödənişin verilməsi gecikdirilib
  13 Sentyabr 2022    Oxunub:986
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 497 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Dövlət Əmək Müfəttişliyindən AzVision.az -a verilən xəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib.

Ödənilən vəsaitin 94,2 faizi əməkhaqqı, qalan hissəsi isə zərərə görə ödənc, sosial müavinətlər və kompensasiyadan ibarət olub.

AzVision.az



Teqlər:





Xəbər lenti