“Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsinə start verildi

“Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsinə start verildi
  14 Sentyabr 2022    Oxunub:837
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsinə start verilib.
Təşkilatdan AzVision.az - a verilən məlumata görə, layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında yeniyetmə və gənclər, məktəblilər arasında tibbi bilik və bacarıqların artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində seminarlar təşkili, həmçinin, futbol və voleybol yarışlarının həyata keçirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi Qəbələ və Oğuz rayonlarında yeniyetmə və gənclər, məktəblilər arasında tibbi bilik və bacarıqların artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində tədbirlərin təşkilini həyata keçirməkdir.

Layihənin reallaşması nəticəsində KİV, sosial şəbəkələr vasitəsilə cəmiyyət bu mövzuda məlumatlanacaq, məktəblilərin zəruri tibbi biliklərə yiyələnmələri təmin ediləcək, narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində tədbirlər təşkil ediləcək, müəllimlərin və valideynlərin də seminarlara cəlb edilməsilə onların bu sahədə məlumatsızlığının aradan qaldırılmasına töhvə veriləcək, müəllimlərin və valideynlərin birgə çalışması ilə şagirdlərin şəxsi gigiyena qaydalarına əməl etmələri vərdişə çevriləcək, şagirdlərin sağlam həyat tərzinə marağının artırılmasına töhvə veriləcək.

Layihə Qəbələ və Oğuz rayonlarında, 01.09.2022 – 01.11.2022 tarixlərində icra edilir.
AzVision.az



Teqlər:





Xəbər lenti