Bu şəhidimiz boksçu olub - FOTO

   Bu şəhidimiz boksçu olub -    FOTO
  14 Sentyabr 2022    Oxunub:624
Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbçilərimizdən biri də Xəyal Əlövsət oğlu Əhədzadədir.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Xəyal Əhədzadə Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti