Nazirlik şəhiddən 6 min rüşvət alınmasını araşdırır

“Bir saat öncə Müdafiə Nazirliyi ilə danışdım. Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, "Komando" xüsusi briqadasına götürülməsi üçün onlardan 6 min manat rüşvət alıblar. Artıq Məmmədovun qardaşı Müdafiə Nazirliyinə dəvət edilib, araşdırma aparılır. Məsələnin xüsusi diqqətdə saxlayırıq! Məncə, günün sonuna qədər ciddi nəticə olacaq!
İşin sonuna qədər gedəcəm!”, - deyə baş redaktor vurğulayıb.
Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovun"Komando" xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub.
Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyalı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyblər.
AzVision.az
Teqlər: