Ərdoğan-Putin görüşü başa çatıb - YENİLƏNİB

   Ərdoğan-Putin görüşü başa çatıb -  YENİLƏNİB
  16 Sentyabr 2022    Oxunub:944
Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mətbuat üçün qapalı keçən görüş 40 dəqiqə baş tutub.

Görüşdən sonra hər iki lider Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində ölkə başçılarının şərəfinə təşkil olunan ziyafətdə iştirak ediblər.
***
Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.

AzVision.az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 22-ci zirvə toplantısı çərçivəsində Səmərqənd şəhərində keçirilir.

Ərdoğan və Putinin ikitərəfli əlaqələri, regional məsələləri, habelə Azərbaycan-Ermənistan dövlət sərhədindəki son hadisələri müzakirə edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti