Qanunsuz tikilən obyekt söküldü - Video

Qanunsuz tikilən obyekt söküldü -    Video
  19 Sentyabr 2022    Oxunub:530
Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.







AzVision.az


Teqlər:





Xəbər lenti