Bu barədə
AzVision.az -a DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə. Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Əli Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.
Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
AzVision.az