Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək

   Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək
  20 Sentyabr 2022    Oxunub:1036
Milli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək.
AzVision.az xəbəri verir ki, bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti