Son sutkada 259 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

   Son sutkada 259 nəfər koronavirusa yoluxub,    7 nəfər ölüb
  20 Sentyabr 2022    Oxunub:601
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.

Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221407 test aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti