Çavuşoğlu Blinkenlə görüşdü

   Çavuşoğlu Blinkenlə görüşdü
  20 Sentyabr 2022    Oxunub:627
BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hər iki dövlətin diplomatı görüşöncəsi mediaya açıqlamalar veriblər.

Çavuşoğlu görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan və Suriya başda olmaqla ikili və regional məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Blinken isə Türkiyə və ABŞ-ın NATO müttəfiqi olduğunu və bir çox çətinliklərin öhdəsindən gəlmək üçün birgə çalışdıqlarını bildirərək, xüsusilə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklərini vurğulayıb.

Açıqlamalardan sonra mətbuat üçün qapalı keçirilən 30 dəqiqəlik görüş baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti