87 dövlət qurumu informasiya təhlükəsizliyi qaydaları hazırlayıb

   87 dövlət qurumu informasiya təhlükəsizliyi qaydaları hazırlayıb
  21 Sentyabr 2022    Oxunub:1086
87 dövlət qurumu var ki öz daxilində informasiya təhlükəsizliyi qaydalarını təsdiq edərək tətbiq edir.
AzVision.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”-nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, tərəfimizdən bütün dövlət qurumlarına “Nümunəvi İnformasiya təhlükəsizliyi qaydaları” adlı sənəd göndərilib.Həmin sənəddə dövlət qurumların informasiya təhlükəsizliyi ilə bağlı qaydalar öz əksini tapıb:

"Hazırda 87 dövlət qurumu var ki, öz daxilində informasiya təhlükəsizliyi qaydalarını təsdiq edərək tətbiq edir. Tərəfimizdən xüsusi əhəmiyyətli konfrans və tədbirlər üçün xüsusi proqram təminatlı konfrans sistemi yaradılıb. Xüsusi əhəmiyyətli konfransların təşkili məhz bizim hazırladığımız sistem üzərindən həyata keçirilir,”-deyə əlavə edib

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti