
Tədbirdən öncə müşavirə iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarət edib.

Müşavirədən sonra Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi heyət Ağdam seherinde görülmüş abadlıq-quruculuq işləri ilə tanış olub. Daha sonra Baş Prokuror Kamran Əliyev işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub, hərbi qulluqçuları təltif edib.

AzVision.az