Polis məktəblini döyüb? - AÇIQLAMA

   Polis məktəblini döyüb? -    AÇIQLAMA
  21 Sentyabr 2022    Oxunub:769
Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.
Bu haqda AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan verilən məlumat verilib.

Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.

Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti