Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı

   Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
  21 Sentyabr 2022    Oxunub:1189
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, daha əvvəl bu müddət sentyabrın 1-dək uzadılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti