"Bakcell" və "Nar"da problem yaranıb

   "Bakcell" və "Nar"da problem yaranıb
  21 Sentyabr 2022    Oxunub:1345
Azərbaycanda mobil operatorların şəbəkələrində problem yaranıb.
AzVision.az xəbər verir ki, "Bakcell" və "Nar" operatorlarının istifadəçiləri şəbəkədən və data xidmətlərdən istifadə edə bilmirlər.

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

"Nar"-dan AzVision.az-a vferilən məlumata görə, texniki çətinlik ilə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:

"Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti