İrandakı zəlzələ Naxçıvanda hiss edilib

İrandakı zəlzələ Naxçıvanda hiss edilib
  21 Sentyabr 2022    Oxunub:818
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə AzVision.az -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti