“ASAN xidmət indeksi” modeli BMT tərəfindən yüksək qiymətəndirilib

Görüş çərçivəsində “ASAN xidmət indeks”i barədə geniş təqdimat edilib və ötən illər ərzində bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb. Layihə BMT tərəfinin xüsusi marağına səbəb olub və “ASAN xidmət indeksi” ilə əlaqədar geniş təqdimat BMT-nin dövlət idarəçiliyi saytında yerləşdirilib.
Bu istiqamətdə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ictimai institutlar və elektron hökumət bölməsinin rəhbəri Dövlət Agentliyinin əldə etdiyi nailiyyətlər haqqında müsbət təəssüratını bölüşüb və aidiyyəti sahələr üzrə birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsini məmnuniyyətlə vurğulayaraq ötən dövr ərzində müvafiq sahələr üzrə Dövlət Agentliyi tərəfindən mühüm əməli fəaliyyətin həyata keçirildiyini bildirib.
Görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıqla bağlı yol xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə olunub.
Xəbərə keçid: https://unpan.un.org/node/1745
AzVision.az
Teqlər: