Azərbaycan polisləri Türkiyədə təhsil alacaqlar

Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər Nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər.
AzVision.az
Teqlər: Polis