Şəhid Anar Kazımovun anası vəfat edib

 Şəhid Anar Kazımovun anası vəfat edib
  26 Sentyabr 2022    Oxunub:823
Azərbaycan Ordusunun avqust ayında şəhid olan əsgəri Kazımov Anar Rüstəm oğlunun anası Alıyeva Səyyarə Murtuzalı qızı vəfat edib.
Şəmkir rayon İcra Hakimiyyətindən AzVision.az -a bildirilib ki, Alıyeva Səyyarə ötən gün Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olub. Əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Avqustun 3-ü şəhid olub. (Qafqazinfo)

AzVision.az



Teqlər:





Xəbər lenti