Bundan əlavə Dövlət Agentliyi tərəfindən elektron hökumət, startap ekosistemlərinə dəstək, sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə, o cümlədən Afrika qitəsi ölkələrində uğurla tətbiq olunduğu vurğulanıb.
Səfər çərçivəsində qonaqlar Elektron Hökumətin İnkişafı Mərkəzində olublar. Qonaqlara elektron hökumət çərçivəsində həyata keçirilən layihələr, o cümlədən “MyGov, ”“ASAN viza”, “ASAN Ödəniş”, “ASAN Bridge” və digər innovativ layihələr barədə geniş təqdimatlar edilib. Bundan əlavə Efiopiya nümayəndə heyəti Bakı şəhərində yerləşən 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzləri, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “BİLİM Bakı” mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.
Həmçinin ölkəmizdə olduqları müddət ərzində nümayəndə heyətinə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi, Rəqəmsal texnologiyalar və İnnovasiyalar şöbələri tərəfindən müxtəlif təqdimatlar edilib.
Səfər zamanı Efiopiya nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində də olub. Görüş zamanı ölkəmizin dövlət qulluğu sahəsindəki təcrübəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Səfərin yekunları və gələcək əməkdaşlıq imkanları barədə Efiopiya nümayəndələrinin ASAN Radioya müsahibəsi təşkil olunub.




AzVision.az