"Bütün sərhəd məntəqələrimizdə Azərbaycan bayrağı dalğalanacaq" - Bahar Muradova

O xatırladıb ki, bu gün Azərbaycan torpaqları uğrunda canından keçən hərbçilərin anım günüdür: "Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Hər gün on minlərlə insan şəhidləri ziyarət edir. Xalqımız dövlətimizlə bir oldu, ölkə başçısının ətrafında sıx birləşərək düşmən başına ədalət yumruğu - "dəmir yumruq" endirildi. Əminəm ki, sərhədlərimizin bütün məntəqələrində Azərbaycan bayrağı dalğalanacaq".
AzVision.az
Teqlər: