On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb

   On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb
  27 Sentyabr 2022    Oxunub:703
Sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.
AzVision.az "Report”a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, hərbçilər və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğulub.

Hərbi xidməti başa vurmasına bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.


AzVision.az



Teqlər: Şəhid  





Xəbər lenti