Vaxtilə işğal altında olan Cəbrayılın azərbaycanlı sakinlərinə aid evlərinin sökülən materiallarını İrana daşıyan sürücülər boya ilə körpüdə " تولد حضرت علی دهم " sözlərini yazıblar. Bu, “Həzrət Əlinin 10-cu mövludu" mənasına gəlir.

Qondarma separatçı rejimin İranla qurduğu şəffaf narkotrafik marşrutu üzərində yazılan bu sözlər heç də təəccüb doğurmur. Azərbaycanın düşmənini hələ də himayə edən, sözdə "müsəlman" təfəkkürünün məhsuludur...
Həzrət Əli öz din qardaşının kafir tərəfindən dağıdılmış evinin materiallarını daşıyıb aparmağa necə baxardı, görəsən?!
Hans Kloss
AzVision.az üçün