Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib: "Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb".
Prezident İlham Əliyev deyib ki, Füzuli şəhəri tamamilə dağıdılıb: "Bircə bina da qalmayıb. Cəbrayıl, Qubadlı, Zəngilan da həmçinin. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən də Kəlbəcərdir. Amma bunun səbəbi o idi ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan ermənilərin işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılmasını həyata keçirirdi".
AzVision.az
Teqlər: