Minatəmizləmə əməliyyatları ilə bağlı statistika

Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
"Ermənistan ilk vaxtlarda formulyarların mövcudluğunu inkar etsə də, daha sonra bəzi mina formulyarları Azərbaycan tərəfinə təqdim edilib. 2021-ci ilin iyun-dekabr tarixləri arasında Ermənistan tərəfindən 919 mina formulyarı təqdim olunub. Qeyd olunan formulyarların dəqiqliyinin çox aşağı səviyyədə (təqribən 25 %) olması müəyyən edilib. Keçmiş təmas xətti boyunca bəzi ərazilərin isə (71 km) mina xəritələri ilə bağlı məlumatlar ümumiyyətlə təqdim edilməyib. Sadalananlar yalnız kütləvilik ehtiva edən, cəzasız qalan hərbi cinayətlərdir",- deyə prokurorluğun məlumatında deyilir.
Şəhanə Rəhimova
AzVision.az
Teqlər: