Ən erkən qol vurmuş futbolçulardan biri qəzada öldü

Ən erkən qol vurmuş futbolçulardan biri qəzada öldü
  09 Oktyabr 2022    Oxunub:798
Şotlandiyalı futbolçu Qevin Stoks Qlazqoda avtomobil qəzasında dünyasını dəyişib.
AzVision.az "Daily Record"a istinadən xəbər verir ki, qəza oktyabrın 8-də səhər saatlarında Tornvud ərazisindəki dairəvi yolda baş verib. Stokes idarəetməni itirib və avtomobili aşıb. Futbolçu yerindəcə dünyasını dəyişib. Qəza nəticəsində 30 yaşlı idmançının yanındakı şəxslərdən heç kim xəsarət almayıb.

Stoks bir sıra Şotlandiya komandalarında oynayıb. O, tarixdə ən erkən vurulmuş qollardan birinin müəllifidir. Futbolçu oyununun 2-ci saniyasında meydanın mərkəzindən topu qapıya göndərib.

AzVision.az


Teqlər:



Xəbər lenti