Kəlbəcər və Daşkəsəndə daha 153 mina aşkarlanıb

 Kəlbəcər və Daşkəsəndə daha 153 mina aşkarlanıb
  10 Oktyabr 2022    Oxunub:906
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti