İlham Əliyev: "Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar"

    İlham Əliyev:    "Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar"
  10 Oktyabr 2022    Oxunub:850
“Bilirsiniz ki, Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar”.
Bunu Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşdə deyib.

“Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var”, - dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti