Ukrayna səfiri Azərbaycana təşəkkür edib

   Ukrayna səfiri Azərbaycana təşəkkür edib
  10 Oktyabr 2022    Oxunub:1276
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
AzVision.az -ın məlumatına görə, bu barədə ukraynalı diplomat feysbukda yazıb.

“Ukraynanı dəstəklədiyinə görə Azərbaycana minnətdarıq! Bütün sivil dünya Ukraynanın dinc əhalisinə qarşı törədilən son cinayətlərə sərt reaksiya verməlidir. Bu gün “neytral” ölkə yoxdur – təcavüzkarı dəstəkləyənlər və onun cinayətlərini pisləyənlər var!”, - o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 10-da Ukraynanən ərazisi Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumuna məruz qalıb. Partlayışlar Kiyev, Dnepr, Xmelnitsk, Jitomir və Lvovda baş verib. Kiyevə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti