Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır

   Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır
  10 Oktyabr 2022    Oxunub:606
“Biz Rusiyaya qarşı səkkiz sanksiya paketi hazırladıq və onlardan yayınmaq üçün boşluqları necə bağlamağı öyrəndik. İndi bu yayınmaların qeyri-mümkün olması üçün tədbirləri ehtiva edən başqa bir paketlə çıxış edirik”.
Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, Rusiyaya sanksiyaya məruz qalan malların çatdırılmasında iştirak edəcək bütün vətəndaşlar və ya təşkilatlar Aİ-nin “qara siyahı”sına daxil ediləcək.

“Avropa İttifaqının tətbiq etdiyi ixrac qadağaları Rusiya iqtisadiyyatına çox güclü təsir göstərib. Məsələn, yüksək texnologiyalı məhsulların istehsalı səngiyib, hərbi texnoloji komplekslərə təsir edilib, bu, bizim məqsədimizdir. Bu, praktiki olaraq dayanmış avtomobil istehsalına da aiddir”.

AzVision.az


Teqlər:





Xəbər lenti