Putin Türkiyədə qaz qovşağı yaratmağı təklif etdi

   Putin Türkiyədə qaz qovşağı yaratmağı təklif etdi
  12 Oktyabr 2022    Oxunub:1135
Rusiya prezidenti Vladimir Putin “Şimal axını” qaz kəmərlərində baş verən sızmaların “beynəlxalq terror aktı” olduğunu bildirib.
O, Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğuna işarə edərək, Avropa üçün Türkiyədə böyük bir qaz mərkəzi qura biləcəklərini deyib.

“Rusiya Enerji Həftəsi” forumunda çıxış edən Rusiya lideri xatırladıb ki, Moskva Türkiyəyə qazı “Türk axını” və “Mavi axın” dəniz qaz kəmərləri vasitəsilə çatdırır.

Putin Krım körpüsünə hücumun arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu açıqlayıb və “Kim Rusiya ilə Qərb arasında gərginliyi artırmaq istəyirsə, “Şimal axını” təxribatının arxasında da onlar dayanıb” deyib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti