Şəhid övladları AzTV-də

   Şəhid övladları AzTV-də
  13 Oktyabr 2022    Oxunub:1417
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri Məmmədov Sadiqin iki qız övladı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də olublar.
AzVision.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov uşaqlara televiziyanın studiyalarını göstərib, verilişlərin hazırlanması prosesi ilə tanış edib. Bundan başqa, Rövşən Məmmədov uşaqları maraqlandıran sualları cavablandırıb. Daha sonra şəhidin övladlarına hədiyyələr verilib.

Qeyd edək ki, Sadiq Məmmədov oktyabrın 4-də Murovdağ bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Sadiq 8 yaralı əsgər yoldaşını döyüş zonasından çıxararaq həyatını xilas edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Sadiq ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə (ölümündən sonra) təltif olunub.




AzVision.az



Teqlər:





Xəbər lenti