"NATO Rusiya ilə qarşıdurma axtarmır" - Pentaqon rəhbəri

   "NATO Rusiya ilə qarşıdurma axtarmır" -    Pentaqon rəhbəri
  13 Oktyabr 2022    Oxunub:800
Şimali Atlantika Alyansı Ukraynanın yanında olmağa davam edəcək, həmçinin Kremlin açdığı müharibə fonunda istənilən kənar müdaxiləyə cavab vermək hazırlığını artıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Putinin səfərbərlik səyləri, döyüşkən ritorikası, mülki hədəflərə amansız zərbələr endirməsi, Ukrayna ərazilərini ilhaq etmək üçün boş cəhdləri - bütün bunlar ukraynalıların cəsarəti və məharətinin Rusiyanın sürətli işğal müharibəsinə olan ümidini necə məhv etdiyinə dəlalət edir”, - Pentaqon rəhbəri vurğulayıb.

Bununla belə o xatırladıb ki, ABŞ və NATO Rusiyanın seçdiyi müharibədə iştirak etməyəcəkləri barədə dəqiq mövqe tutublar. "Lakin biz özünü müdafiə etmək üçün mübarizə aparan Ukrayna ilə birlikdə olacağıq", - ABŞ müdafiə naziri əmin edib.

Bundan əlavə, o vurğulayıb ki, ABŞ digər müttəfiqləri ilə birlikdə hazırkı təhdidlər fonunda NATO-nun kollektiv təhlükəsizliyini gücləndirməyə davam edəcək.

“NATO alyansı Rusiya üçün heç bir təhlükə yaratmır və Rusiya Federasiyası ilə heç bir qarşıdurma yaratmağa çalışmır. Lakin müttəfiqlərimiz - həmişə etdikləri kimi - NATO ərazisinin hər qarışını qorumağa davam edəcəklər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti