Şuşa ilə Türkiyənin Kayseri şəhəri qardaşlaşıb

Şuşa ilə Türkiyənin Kayseri şəhəri qardaşlaşıb
  14 Oktyabr 2022    Oxunub:872
Şuşa ilə Türkiyənin Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Bu barədə AzVision.az -a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, sənədi Kayseridə səfərdə olan Qoruq İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.

Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün YUNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti