"Qəza baş verən su kəmərində qiymətləndirmə işləri aparılır" - Azərsu

 "Qəza baş verən su kəmərində qiymətləndirmə işləri aparılır" -    Azərsu
  17 Oktyabr 2022    Oxunub:1366
Kür-Bakı magistral su kəmərinin baş verən qəza ilə bağlı araşdırma işləri davam edir. Hazırda su xəttindəki qəzalı hissə müəyyənləşdirilir.
Bunu AzVision.az -a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, boru xəttinin keçdiyi ətraf ərazilər də yoxlanılacaq:

"Ehtiyac yaranarsa, kəmərin bir hissə dəyişdiriləcək. Hazırda "Azərsu" ASC-nin əməkdaşları qəza baş verən yerdə borunun üzərini açmaqla qiymətləndirmə işləri aparırlar. Bundan sonra hansı tədbirlər görüləcəksə, bu barədə mətbuata ətraflı məlumat veriləcək.

Hər il yay aylarında biz monitorinq işləri aparırıq. Xətlərin qəzalı və ya qəzaya meyilli yerləri dəyişdirilir. Qəza baş verən boru kəməri ilə bağlı mütəxəssislərimiz təkliflər hazırlayıb, hökümətə təkliflər verəcək ki, nə işlər görmək lazımdır. Bundan sonra dəqiq məlumat verilə bilər ki, Kürdən Bakıya gələn 157 km-lik su xəttinin hansı əraziləri dəyişdiriləcək, hansıları təmir olunacaq. Qəza baş verən ərazi gölün içərisində olduğu üçün orada daim nəimlik olur. Şoran torpaqda karroziya prosesi borunun ömrünü azaldır", deyə A.Cəbrayıllı əlavə edib.

Qeyd edək ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı boru kəmərində baş verən qəza nəticəsində, Qaradağ rayonu ərazisində yolu su basıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti