Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılıb

Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılıb
  17 Oktyabr 2022    Oxunub:895
Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.
AzVision.az xəbər verir ki, proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 5-də şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

AzVision.az



Teqlər:



Xəbər lenti