Uşaqlarda görmə zəifliyi, "quru gözlük": Oftolmoloqlara müraciətlər artıb

"Smartfonların uşaqların psixologiyası ilə yanaşı, gözünə də çox böyük mənfi təsirləri var. Müasir dövrdə bu cihazları tamamilə uşaqlardan uzaqlaşdırmaq mümkün deyil, amma müəyyən qədər gözlənilən ziyanları minimuma endirmək olar", deyən həkim valideynlərə tövsiyələrini verib.
- İlk növbədə, uşağın telefon, planşet və yaxud kompüterlə arasındakı məsafəyə diqqət yetirmək lazımdır. Ekranın parlaqlığını gözü qıcıqlandırmayacaq səviyyədə tənzimləmək lazımdır. Uşaqların bu cihazlardan istifadə etməsinə isə çox qısa zaman intervalları müəyyənləşdirmək lazımdır. Valideynlər mütləq bu məqama diqqət yetirməlidir!
Hər bir valideyn bilməlidir ki, monitora fasiləsiz baxan uşaqlarda göz qırpma sayı azalır. Nəticədə gözün quruması yaranır və buna "quru göz" sindromu deyilir. Belə uşaqların gözlərində qızarma, yanma, blefarit (kirpik dibinin ikitərəfli residivləşən iltihabı) müşahidə olunur. Həmçinin, uzun müddət smartofona baxan və eynəyə ehtiyacı olan uşaqlarda görmə daha da zəifləyir, eynəyin dərəcəsi daha sürətlə artır. Qaranlıq yerdə smartfona baxmaq isə daha ciddi fəsadlara səbəb olur. Çünki texnoloji cihazların mavi şüası göz sinirini gərginləşdirir. Göz siniri gərginləşdikdə isə uşaqlarda baş ağrısına səbəb olur. Həmçinin, uzun müddət ultra-bənövşəyi şüalara məruz qalan uşaqların gözündə katarakta yaranma riski də artır".
Həkim-oftalmoloq qeyd edib ki, bu gün valideynlərin böyük əksəriyyəti uşağın başının qarışması üçün özü telefon verir: "Sonra da şikayət edir ki, uşaq telefona çox baxır, oyun oynayır. Bütün hallarda uşaqlarla bu cihazlar arasında müəyyən sərhədlər qurmaq lazımdır. Əks halda gələcəkdə fəsadları ağır olur”.
Aytən Zəhra
AzVision.az
Teqlər: