Prezidentin vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? - Dosye

   Prezidentin vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? -    Dosye
  18 Oktyabr 2022    Oxunub:4934
Bu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. AzVision.az xanım icraçı direktorun dosyesini təqdim edir:
Mehriban Natiq qızı İmanova 1977-ci ildə Bakı şəhərində anadan olub. O,1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.

2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb.

2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti