"Bu paketlərə 6 milyardlıq vəsait ödənilib" - Nazir

   "Bu paketlərə 6 milyardlıq vəsait ödənilib" -    Nazir
  19 Oktyabr 2022    Oxunub:781
İnsan hüquqlarının vacib bir istiqaməti sosial, məşğulluq qurumlarıdır. Bu istiqamətdə Azərbaycan sosial siyasətini ana xəttinə çevirən ölkədir.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda son 3 il ərzində 3 sosial islahat paketi həyata keçirilib. Bu paketlər 4 milyondan çox vətəndaşı əhatə edib və onlara 6 milyard manatlıq vəsait ödənilib:

"Bu gün Azərbaycan həm sosial, həm də məşğulluq göstəriciləri ilə dinamik artımı təcəssüm etdirən ölkələrdəndir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, onların iqtisadi cəhətdən ölkənin, regionun iqtisadiyyatına inteqrasiyası qarşısında duran ana xətlərdəndir".

Nazir qeyd edib ki, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada canlandırmanın başlanılması əsas hədəflərdəndir:

"Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada "Smart DOST", ASAN Xidmət mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Suşaya köçəcək insanlar üçün bu işlər görülür, regional xidmətlər vasitəsi ilə Ağdam, Tərtər və digər ərazilərdə bu xidmətlər göstəriləcək.

Bu ərazilərdə yaşayan insanlarımızın hüquqlarının müdafiəsi əsas işimiz olacaq ki, vətəndaşlarımız oranı inkişaf etdirsinlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti