Bağçalara işə qəbul üçün müsahibə mərhələsinə start verilib

Bağçalara işə qəbul üçün müsahibə mərhələsinə start verilib
  19 Oktyabr 2022    Oxunub:958
Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanılıb.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, müsahibələrə 775 nəfər dəvət edilib. 28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti