Şəkidə zəncirvari qəza olub - yaralılar var

   Şəkidə zəncirvari qəza olub -    yaralılar var
  19 Oktyabr 2022    Oxunub:1138
Şəkidə piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası olub.
AzVision.az -ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanmış "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərə çırpılıb. Həmin vaxt avtomobillərin yanında dayanan iki nəfər maşınların arasında qalıb. Ayaqları sınan piyadalar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti