Məhbusun 11 il əvvəl gizlətdiyi avtomat tapılıb

Məhbusun 11 il əvvəl gizlətdiyi avtomat tapılıb
  20 Oktyabr 2022    Oxunub:867
Həbsdə olan şəxsin 2011-ci ildə torpağa basdırdığı silah aşkarlanıb.
Bu barədə AzVision.az -a DİN-dən məlumat verilib. Xəbərə görə, Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti