"Ermənilər oyananda gördülər ki, başlarının üstündə Azərbaycan bayrağı dalğalanır" - Polkovnik

Dövlət sərhədi bərpa olunduqdan, Ağbənd zastavası və yüksəkliklər nəzarətimizə keçdikdən sonra “Üç nöqtə”yə qədər dövlət sərhədinin tam bərpa olunmasının qarşıya məqsəd qoyulduğunu vurğulayan T.Bayramov deyib: “Sonra Sığırt yüksəkliyinə doğru irəlilədik. Tapşırığa əsasən gecə vaxtı şəxsi heyətimiz Vejnəliyə doğru qalxdı. Əməliyyat o qədər səssiz, sürətli və uğurlu şəkildə yerinə yetirildi ki, düşmən dərin yuxuda ikən onlara bir növ sürpriz hazırladıq. Səhər oyananda gördülər ki, başlarının üstündə Azərbaycan Bayrağı dalğalanır. Onlar bir neçə dəfə həmin mövqeni geri almağa cəhd etsələr də, buna nail ola bilmədilər. Həmin ərazidə ən hündür mütləq yüksəklik Sığırt idi. Yüksəkliyin ələ keçirilməsi ilə üstünlüyümüzü bir qədər də möhkəmləndirdik. Ondan sonra “Üç nöqtə”yə qədər qısa müddətdə dövlət sərhədi xətti tam bərpa olundu”.
O bildirib ki, bu dağların hər qarışında sərhədçilərimizin qanı var. Həmin tapşırıqların icrasında iştirak edən heyətdən iki nəfər Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görülüb. Onlardan biri sağdır, digəri isə şəhid oldu. Ümumiyyətlə, 44 gün ərzində hər qarış uğrunda döyüşən, ərazi bütövlüyümüz naminə qorxmadan irəli atılan, ayıq-sayıq Vətən keşiyini çəkən hər bir hərbi qulluqçumuz qəhrəmandır. İki il əvvəl uğrunda döyüşdüyümüz ərazilərə ayaq basanda o günləri xatırlamamaq qeyri-mümkündür. Qələbəyə gedən yollarda şəhadətə yüksələn döyüşçülərin izləri əbədi həkk olunub. Həmin torpaqlara ayaq basdıqca, o izləri görməmək mümkün deyil. Azərbaycanın işıqlı gələcəyi naminə canını fəda edən qəhrəmanları hər an yaşatmaq, gələcək nəsilləri onların xələfləri kimi yetişdirmək hər birimizin borcudur. Qədirbilən xalqımız hər zaman Zəfərin memarlarını daim ehtiram və hörmətlə xatırlayacaq”.
“Bu əmrin icrası təmin olunduqdan sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunmuşam”, - deyə polkovnik-leytenant fikirlərinə yekun vurub.
Qeyd edək ki, “Qarabağ” ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş şəxslər təltif olunur.
AzVision.az
Teqlər: