Nişanlandığı qohumundan ayrılmaq istədi, bıçaqlandı - 16 yaşlı qızın qətlinin təfərrüatı

H.Rəcəbova 9-cu sinifdən təhsilini dayandırıb. Daha sonra isə yaxın qohumu M.Həsənovla nişanlanıb. Nişanı qaytarmaq istədiyini bildirəndə isə nişanlısı onu Cümə məscidinin qarşısında bıçaqlayıb. Ailədə iki bacı olublar.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü H.Rəcəbovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək H.Rəcəbovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: